Malayziyada 16 yaşlı şagird sinif otağında müəllimini yaralayıb
7News.az xəbər verir ki, oktyabrın 21-i səhər saatlarında Malayziyanın Kuçinq şəhərindəki beynəlxalq məktəblərdən birində 16 yaşlı şagird müəlliməsinə hücum edib. O, hadisəni başına bərkitdiyi telefon vasitəsilə canlı yayımlayıb. Müəllimə əlindən xəsarət alıb, lakin onun həyatı üçün təhlükə yoxdur. Sinifdəki başqa bir şagirdin köməyi ilə zərərsizləşdirilən yeniyetmənin üzərindən balta və cib bıçağı aşkar edilib.