RU
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
16:00
24

ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı

ABŞ-nin Texas ştatında 60 ildən sonra heyvanda aşkar edilən və "ət yeyən parazit” kimi tanınan Yeni Dünya Vida Qurdu (NWS) bu dəfə Nyu-Meksiko ştatında qeydə alınıb.

7News.Az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyi Texasdan sonra Nyu-Meksikoda da NWS hadisəsinin təsdiqləndiyini açıqlayıb.

Məlumata görə, Texasda 3 buzov və 1 keçidə rast gəlinən təhlükəli parazit Nyu-Meksiko ştatının Lea dairəsində bir itdə də aşkarlanıb.

Nyu-Meksiko ştatının baytarlıq rəsmisi Samanta Holek itin olduğu ərazidə araşdırmaların aparıldığını bildirib. O qeyd edib ki, yoluxmuş digər milçəklər aşkar edilərsə, bölgədə yoxlamalar genişləndiriləcək.

Florida Universitetinin entomoloqu Edvard Börcess yaxın günlərdə yeni yoluxma hallarının qeydə alına biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, iyunun 4-də Texasın Meksika sərhədindən təxminən 48 kilometr məsafədə yerləşən La Prayor qəsəbəsində bir buzovun göbək nahiyəsində bu parazit aşkarlanmışdı. Bu, 1966-cı ildən bəri heyvanda qeydə alınan ilk NWS hadisəsi hesab olunur.

Parazitin yayılmasının qarşısını almaq üçün bölgəyə milyonlarla sterilizasiya edilmiş vida qurdu milçəyinin buraxılması planlaşdırılır. Məqsəd dişi milçəklərin mayalanmamış yumurta qoymasını təmin etməklə yeni sürfələrin yaranmasının qarşısını almaqdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ