RU
ABŞ-də tornado böyük dağıntılara səbəb oldu - VİDEO
12:30
28

ABŞ-də tornado böyük dağıntılara səbəb oldu - VİDEO

ABŞ-nin Orta Qərb bölgəsini cənginə alan dağıdıcı tornado səbəbindən ciddi ziyan qeydə alınıb.

Bu barədə "Fox News" məlumat yayıb.

Bildirilib ki, şiddətli fırtınalar İllinoys ştatının Stritor şəhərində böyük dağıntılara səbəb olub. Şəhər rəsmiləri sakinlərə ehtiyac olmadığı təqdirdə sığınacaqlardan çıxmamağı məsləhət görüblər. Bundan başqa İndiana ştatının Merrilvil şəhərində də dağıntılar qeydə alınıb. Bələdiyyədən verilən məlumata görə, Merrilvildə aşan ağaclar və qırılan elektrik xətləri səbəbindən yollar bağlanıb. Bu fırtınalar yüz minlərlə insanı işıqsız qoyub. Axtarış-xilasetmə qrupları dağıntılar qeydə alınan ərazilərdə əməliyyatlar həyata keçirirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ