RU
ABŞ-də xəstəxanada silahlı insident: Ölən və yaralı var
12:50
24

ABŞ-də xəstəxanada silahlı insident: Ölən və yaralı var

ABŞ-nin Delaver ştatında xəstəxanaların birində silahlı insident törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə məlumatı CNN telekanalı yayıb.

Məlumata görə, həmin şübhəli 23 yaşlı gəncdir. Onun Filadelfiya şəhərində ələ keçirildiyi vurğulanır.

Bildirilir ki, Uilminqton xəstəxanasındakı silahlı hücum zamanı bir nəfər həyatını itirib, daha bir nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

11:08

ABŞ-nin Delaver ştatında yerləşən Uilminqton şəhərindəki xəstəxanaların birində baş verən atışma zamanı bir nəfər həyatını itirib.

Bu barədə CNN telekanalı yerli polisə istinadən məlumat yayıb.

"Uilminqton şəhərindəki xəstəxanada bir nəfərin ölümü və daha bir nəfərin yaralanması ilə nəticələnən silahlı insidentdən sonra cinayətkarın axtarışları davam edir", - deyə məlumatda bildirilib.

Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsin atışmadan sonra tibb müəssisəsini necə tərk etdiyini müəyyənləşdirmək üçün təhlükəsizlik kameralarının qeydlərini araşdırırlar.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ