RU
lombard
ABŞ Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünə bir daha dəstək ifadə edib
23:00
970

ABŞ Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünə bir daha dəstək ifadə edib

ABŞ Gürcüstan və Ukraynanın NATO-ya qoşulmasına dəstəyini bir daha təsdiqləyir.

Bu barədə Dövlət Departamentinin Riqada keçiriləcək NATO-nun Xarici İşlər Nazirləri toplantısından öncə yaydığı məlumatda deyilir.

Bildirilib ki, ABŞ 2008-ci ildə NATO-nun Buxarest sammitində qəbul edilən və Gürcütanla Ukraynanın Alyansın üzvü olacağı qeyd olunan sənədi dəstəkləməkdə davam edir. Bu ölkələrin illik milli proqramlarında NATO-ya inteqrasiya yolunun ətraflı əks edildiyi vurğulanıb.

Qeyd edək ki, NATO XİN başçılarının iclası Riqada noyabrın 30-da keçiriləcək. Gürcüstanı toplantıda Baş nazirin müavini, xarici işlər naziri David Zalkaliani təmsil edəcək./report

 

7NEWS.Az

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ