ABŞ-ın 250 illik yubileyi zamanı 100 nəfər öldürülüb
7News.az xəbər verir ki, ABŞ-ın 250 illik yubileyi ilə bağlı xüsusi qeyd etmələr qan tökülməsi ilə başa çatıb. Silahlı Zorakılıq Arxivinin (GVA) məlumatlarına görə, Müstəqillik Günü son illərin ən zorakı dövrlərindən birini yaşayıb. Ölkə daxilində iyirmi ayrı kütləvi atışma hadisəsi qeydə alınıb, hücumlarda 340 nəfər yaralanıb və 100 nəfər həyatını itirib. Bu ölüm sayı 2021-ci ilin rekord göstəricilərindən bəri qeydə alınan ən yüksək səviyyələrdən biridir. Bu arada, Prezident Donald Tramp çıxışında silah gəzdirmək hüququnu müdafiə edəcəyini vurğulamışdı.