Atışma ABŞ-ın Virciniya və Florida ştatlarında baş verib. İki ayrı silahlı hücumda 4 nəfərin həyatını itirdiyi, 8 nəfərin yaralandığı bildirilib.
7NEWS.az xəbər verir ki, Amerika Birləşmiş Ştatları növbəti dəfə atışma fəlakəti ilə sarsıldı. Virciniya ştatında yerləşən Norfolk Dövlət Universiteti sosial media hesabında tibb bacısı fakültəsində təhsil alan 19 yaşlı qız tələbənin evə silahlı basqın nəticəsində öldüyünü açıqlayıb.
7NEWS.az








