RU
Türkiyədə məktəb hücumları ilə bağlı kütləvi həbslər davam edir
17:20
35

Türkiyədə məktəb hücumları ilə bağlı kütləvi həbslər davam edir

Türkiyənin əyalətlərində baş verən məktəb hücumları ilə əlaqədar ictimaiyyət arasında qorxu və təşviş yaratmaq, ictimaiyyəti kin və düşmənçiliyə təhrik etmə və alçaltma ittihamları üzrə 25 nəfər saxlanılıb.

Bu barədə İstanbul Baş Prokurorluğunun məlumatlarında bildirilir.

Şübhəli şəxs qismində saxlanılan və barələrində müvafiq maddələrlə cinayət işi açılan şəxslərdən 13-ü yaşı 18-dən az olan yeniyetmələr olub.

Xatırladaq ki, 2026-cı ilin aprelində Türkiyədə ardıcıl iki məktəb hücumu baş verib: Şanlıurfada keçmiş şagird məktəbdə ov tüfəngi ilə atəş açaraq 16 nəfəri yaralayıb və daha sonra özü ölüb, ertəsi gün Kahramanmaraşda isə 14 yaşlı şagirdin məktəbə etdiyi hücum nəticəsində 10 nəfər həlak olub və 13-dən çox insan yaralanıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ