RU
ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirir
01:00
285

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirir

ABŞ administrasiyası İrana qarşı sanksiyalar siyahısını genişləndirib.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Siyahıya iki nazir də daxil olmaqla daha 7 məmurun adı daxil edilib.

ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, ilk növbədə İranın daxili işlər və informasiya-kommunikasiya texnologiyaları nazirləri - Əhməd Vahidi və İsa Zarepurun adları "qara siyahı"ya salınıb.

Məhdudiyyətlər "İranda internetə çıxışı bloklayan və dinc nümayişçilərə qarşı zorakılıq tətbiq edən" şəxslərə şamil edilir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ