RU
ABŞ İranı etirazçıları azad etməyə çağırıb
01:00
712

ABŞ İranı etirazçıları azad etməyə çağırıb

ABŞ İranı bütün etirazçıları qeyd-şərtsiz azad etməyə çağırıb.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

O, ABŞ-ın təşəbbüsü ilə İranın BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasından çıxarılmasını xatırladıb: "Bu, cəsur iranlı qadınlara dəstək məqsədilə edilib. Onların hüquqları uğrunda mübarizə davam edir”.

Xatırladaq ki, İranda küçə etirazları təxminən 3 aydır ki, səngimir. İğtişaşlar sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin dəfn mərasimindən sonra başlayıb./report

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ