"Gələn həftə ABŞ Konqresinin Nümayəndələr Palatasının böyük nümayəndə heyəti Ermənistana işgüzar səfərə gələcək”.
7NEWS.Az "Armenpress”ə istinadla xəbər verir ki, məlumatı Ermənistan Məclisi spikerinin mətbuat katibi Tsovinar Xaçatryan təsdiqləyib.
Nümayəndə heyətinin tərkibi ilə bağlı təfərrüatlar hələlik məlum deyil.
Xatırladaq ki, bundan əvvəl, sentyabr ayında ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvana rəsmi səfərə gəlmişdi. Nümayəndələr Palatasının sədrini konqresmenlər Frenk Fallon, Anna Eşu və Ceki Spir müşayiət edib.
7NEWS.Az








