RU
ABŞ müharibəyə başlamaq istəyir
16:30
565

ABŞ müharibəyə başlamaq istəyir

ABŞ Polşa, Baltikyanı ölkələr, Ukrayna və Belarus sərhədindəki miqrasiya böhranından istifadə edərək müharibəyə başlamaq istəyir.

7News.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Onlar bu yazıq qaçqınlardan, bu prosesdən istifadə etməyə çalışırlar. Məqsədləri göz qabağındadır, artıq açıq şəkildə deyirlər: NATO-nu birləşdirmək. NATO nə deməkdir? Müharibə başlatmaq. Bizi təxribata çəkirlər. Bu, lazım deyil. Avropa bunu istəmir, Avropa müharibə istəmir. Bu müharibə kimə lazımdır? Amerikalılara", - Lukaşenko qeyd edib.

Onun sözlərinə görə, ABŞ başqasının əli ilə döyüşməyi xoşlayır və burada qarışıqlıq yaratmaq niyyətindədirlər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ