RU
ABŞ Myanma ilə ticarət əlaqələrini dayandırdı
22:10
2824

ABŞ Myanma ilə ticarət əlaqələrini dayandırdı

ABŞ Myanma ilə ticarət əlaqələrini dayandırıb.

"Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Amerikanın Ticarət Nümayəndələri idarəsinin yaydığı məlumatda deyilir. "ABŞ 2013-cü ildə imzalanmış Ticarət və İnvestisiya haqqında saziş çərçivəsində Myanma ilə bütün təmaslarını dayandırır”, - deyə məlumatda bildirilir.

 

Qeyd olunur ki, qərar dərhal qüvvəyə minir və Myanmada demokratik yolla seçilmiş hökumətin hakimiyyətə qayıdışına qədər davam edəcək.  

Xatırladaq ki, fevralın 1-də Myanma ordusu birillik fövqəladə vəziyyət elan edərək Prezident Vin Myin və dövlət müşaviri Aun San Su Çjin başda olmaqla, ölkə rəhbərliyini vəzifədən kənarlaşdırıb. Onlar bunu 2020-ci ilin noyabrında keçirilmiş seçkilərdə irimiqyaslı saxtakarlıqlarla izah ediblər.

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ