RU
İstanbulu böcək basdı - Təhlükə böyüyür
15:00
17

İstanbulu böcək basdı - Təhlükə böyüyür

İstanbulun Sancaktəpə bölgəsini böcək basıb.
 
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər şam ağacı tırtıllarının həm ətraf mühit, həm də insan sağlamlığı üçün təhlükə yaratdığını bildirirlər.
 
Məlumata görə, şam ağaclarının yarpaqlarına zərər verən bu tırtıllar parklara və bağlara yayılıb.

Mütəxəssislər tırtıllardakı allergen tüklərin qaşınma və qıcıqlanmaya səbəb ola biləcəyini və ev heyvanlarında ciddi sağlamlıq problemləri yarada biləcəyini vurğulayırlar.
 
Aidiyyatı qurumlar vətəndaşları tırtıllara toxunmamağa və hər hansı bir müşahidə ilə bağlı müvafiq orqanlara məlumat verməyə çağırıb.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ