ABŞ hakimiyyəti Paraqvayın keçmiş prezidenti Horasio Kartesin korrupsiyada əli olduğuna inandığı üçün ölkəyə girişini qadağan edib.
7NEWS.Az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.
Sənəddən məlum olduğu kimi, Kartes Amerika tərəfinin tərtib etdiyi müvafiq siyahıya daxil edilib. Blinkenin sözlərinə görə, eks-prezident özünü və silahdaşlarını mümkün təqiblərdən qorumaq üçün beynəlxalq cinayətlə bağlı mühüm araşdırmalara mane olub.
Bəyanatda vurğulanır ki, bu hərəkətlər Paraqvayın demokratik institutlarının sabitliyini pozub.
7NEWS.Az







