RU
ABŞ Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə qarşı sanksiya tətbiq edib
01:30
449

ABŞ Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə qarşı sanksiya tətbiq edib

ABŞ Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə (Rusiya FSB) qarşı sanksiyalar tətbiq edib.

7NEWS.Az-ın "Rosbalt”a istinadən verdiyi məlumata görə, Vaşinqton bildirib ki, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bəri etibarlı mənbələr FSB-nin insan hüquqlarının pozulmasında və Ukrayna vətəndaşlarına qarşı hücumlarda iştirak edib.
Dövlət Departamenti həmçinin FSB-ni Ukrayna vətəndaşlarının yaşayış yerlərindən zorla köçürülməsində iştirak etməkdə və onlara qarşı yönəlmiş digər hərəkətlər etməkdə ittiham edib.

Tətbiq olunan sanksiyalar nəticəsində ABŞ-da yerləşən və bu ölkə vətəndaşlarının nəzarətində olan FSB-yə məxsus bütün əmlak və aktivlər bloklanacaq.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ