ABŞ-ın Kabildəki səfirliyi Amerika vətəndaşlarını dərhal Əfqanıstanı tərk etməyə çağırıb.
Bu barədə ABŞ səfirliyinin yaydığı bəyanatda məlumat verilir. Bildirilir ki, ABŞ Əfqanıstanda yaranmış məhz təhlükəli vəziyyət ilə bağlı vətəndaşlarını mövcud olan kommersiya reysləri ilə bu ölkəni tərk etməyə çağırır.
Qeyd olunur ki, səfirlik ABŞ-a kommersiya reysləri ilə uçmaq üçün bilet almağa imkanı olmayan vətəndaşlarına borc verməyə hazırdır.
Səfirlik həmçinin təhlükəsizlik sahəsində vəziyyət ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün vətəndaşlarına STEP (Smart Traveler Enrollment Program) proqramında qeydiyyatdan keçməyi də tövsiyə edir.
7NEWS.Az








