Rusiyanın hərbi əməliyyatlara başladığı gündən etibarən ABŞ-ın Ukraynaya göstərdiyi hərbi yardımın məbləği 16,8 milyard dollar olub.
7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin məlumat verib.
O həmçinin bildirib ki, Ukraynanın müdafiə ehtiyaclarını qarşılamaq üçün ABŞ hərbi sənaye istehsalına investisiyaların həcmini artırıb.
7NEWS.Az








