Amerika Birləşmiş Ştatlar "HAWK" zenit-raket komplekslərinin fəaliyyətinin təmin edilməsi məqsədilə Ukraynaya 108.1 milyon dollar dəyərində avadanlıq və xidmətlərin mümkün satışına razılıq verib.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat dərc olunub.
Sənəddə qeyd olunur ki, Kiyev rəhbərliyi sözügedən zenit-raket kompleksləri üçün ehtiyat hissələri və detalların alınması, onların modernləşdirilməsi və texniki baxışı üzrə dəstək, eləcə də avadanlıqların təmiri və qaytarılması xidmətləri üçün müraciət edib.
Layihənin əsas podratçısı kimi "Sierra Nevada Corporation" şirkəti çıxış edəcək. Bəyanatda vurğulanır ki, bu müqavilə ABŞ-nin milli maraqlarına tam uyğundur və regiondakı qüvvələr balansına təsir göstərməyəcək.
Bundan əlavə, Dövlət Departamenti hesab edir ki, sözügedən razılaşma ABŞ silahlı qüvvələrinin döyüş hazırlığına heç bir mənfi təsir yaratmayacaq.








