RU
ABŞ və NATO Əfqanıstanı tərk edir - Rəsmi
20:00
336

ABŞ və NATO Əfqanıstanı tərk edir - Rəsmi

ABŞ və NATO Əfqanıstanı tərk etmək prosesində kritik bir dönəmdən keçir. Adlarını açıqlamayan bəzi rəsmilər, əsgərlərin bölgədəki ən böyük hərbi hava bazasını tərk etməyə başladığını açıqlayıb.

ABŞ -ın 2001 -ci ildə 11 sentyabr hücumlarından sonra başladığı Əfqanıstan əməliyyatı NATO qüvvələri ilə birlikdə başa çatmaq üzrədir.

Yüksək təhlükəsizlik rəsmisi Reuters-ə məlumat verib ki, ABŞ və NATO qüvvələri ölkədəki ən böyük hərbi bazanı tərk ediblər. Adını açıqlamayan məmur, "ABŞ və NATO -nun bütün qüvvələri Bagram Hava Bazasını tərk etdi" dedi.

Qeyd edək ki, rəsmilər bu hərbi bazanın Əfqanıstan Müdafiə Nazirliyinə veriləcəyini söyləyib./Yenisabah

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ