RU
ABŞ və Ukrayna müdafiə nazirləri görüşüb
16:30
143

ABŞ və Ukrayna müdafiə nazirləri görüşüb

Belçikanın paytaxtı Brüsseldə ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Oustinlə ukraynalı həmkarı Oliksiy Reznikov arasında görüş olub.

Bunu L.Oustin tviterdə yazıb.

O, dünya dövlətlərinin rəsmi Kiyevi dəstəklədiyini bildirib.

Qeyd edək ki, bu gün Belçikanın paytaxtı Brüsseldə NATO müdafiə nazirlərinin görüşü keçirilir. İclasa Alyansa üzv olan ölkələrin hərbi nazirləri ilə yanaşı, bir neçə dövlət də dəvət olunub. Toplantıda 50-yə yaxın ölkə təmsil olunur. Toplantı çərçivəsində, həmçinin Ukrayna ilə bağlı təmas qrupunun iclasl keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ