RU
Abşeronda gil daşıyan şəxslə bağlı prokurorluğa müraciət olundu
15:24
539

Abşeronda gil daşıyan şəxslə bağlı prokurorluğa müraciət olundu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı Abşeron rayonu Pirəkəşkül kəndinin Quldar adlanan qış-otlaq sahəsindən icazəsiz 2222 m3 həcmində gilin qazılaraq 99JP165, 99JL693, 99JL938, 99CV811 dövlət nömrə nişanlı yük maşınları ilə ərazidən daşındığı aşkar olunub.

Nazirlikdən 7News.Az-a verilən məlumata görə, araşdırma zamanı gilin daşınmasına rəhbərlik edən şəxsin Abşeron rayon sakini Nəbi Vəlizadəolduğu müəyyən edilib.

Faktla bağlı akt tərtib edilib və təbiətə 12221 manat məbləğində ziyan dəydiyi məlum olub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Abşeron rayon Prokurorluğuna göndərilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ