RU
Aİ Dağlıq Qarabağda planlaşdırılan “referendum”u tanımır
20:30
308

Aİ Dağlıq Qarabağda planlaşdırılan “referendum”u tanımır

Avropa İttifaqı Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan referendumun konstitusional və hüquqi quruluşunu tanımır.

7news.Az-ın məlumatına görə, bu barədə APA-ya Avropa İttifaqının mətbuat xidmətindən Dağlıq Qarabağda fevralın 20-də keçirilməsi nəzərdə tutulan "referendum”la bağlı bildirilib.

Mətbuat xidmətindən qeyd olunub ki, ATƏT-in Minsk qrupu həmsədrləri məsələ ilə bağlı artıq bəyanat verib: 

"Bu referendum Dağlıq Qarabağın gələcək statusunu müəyyənləşdirə və danışıqlar prosesinə təsir edə bilməz. Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir və davamlı sülh naminə danışıqların tez bir zamanda bərpasına çağırır”.  

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ