Rusiyada 666 rəqəminin sosial şəbəkələrdə paylaşılması qanun baxımından satanizmin təbliği kimi qiymətləndirilə bilər. Sözügedən hərəkat Rusiyada ekstremist kimi tanınıb və qadağan edilib.
7News.Az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə məhkəmə qərarlarında qeyd olunur.
"Satanistlərin səciyyəvi vizual rəmzlərinə tək və ya cüt dairə daxilində yerləşdirilmiş pentaqram, yeddişaxəli işarə, o cümlədən kompozisiyada Bafomet təsvirinin və 666 rəqəminin yer alması daxildir", - deyə sənəddə bildirilir.
Qeyd olunur ki, Bafomet keçi başlı fiqur kimi təsvir olunur və alnında pentaqram yerləşir.
Məsələn, agentliyin məlumatına görə, Tümen şəhərində yerli sakin sosial şəbəkədə Bafometin şəkillərini, 666 rəqəmini, həmçinin çevrilmiş pentaqramı və qurbanvermə mərasimini paylaşdığına görə min rubl (təxminən 23 manat) cərimə olunub.
Tomsk şəhərində isə inzibati həbs edilmiş şəxsin döymələri arasında, xüsusilə, sol əlinin baş barmağında 666 rəqəminin təsviri aşkarlanıb. Bundan sonra həmin şəxsə əlavə 14 sutka inzibati həbs cəzası verilib.








