RU
AK Rusiyanın dondurulmuş aktivlərindən gələn beşinci tranşı Kiyevə yönləndirir
15:30
25

AK Rusiyanın dondurulmuş aktivlərindən gələn beşinci tranşı Kiyevə yönləndirir

Avropa Komissiyası (AK) Rusiya Mərkəzi Bankının dondurulmuş suveren aktivlərindən əldə edilən gəlirlərin 1.4 milyard avro məbləğində beşinci tranşını müsadirə edib və onları Kiyevə ötürəcəyini vəd edib.

Bu barədə AK-nın sədri Ursula fon der Lyayenin bəyanatında deyilib.

"Avqustun 3-də AK Rusiya Mərkəzi Bankının 2026-cı ilin birinci yarısı üçün bloklanmış aktivlərinin yenidən investisiyasından 1.4 milyard avro gəlir əldə edib", - deyə bəyanatda qeyd olunur.

Fon der Lyayen vurğulayıb ki, AK Rusiyaya qarşı döyüş əməliyyatlarının davam etdirilməsinin maliyyələşdirilməsini təmin etmək üçün bu 1.4 milyard avronu Ukraynaya təqdim edəcək. Onun sözlərinə görə, bu artıq belə ödənişlərin beşinci tranşıdır və onların ümumi məbləği 8 milyard avro təşkil edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ