Suriyanın şimalında Türkiyə və Rusiyanın birgə patrullar həyata keçirməsi bərpa oluna və daha da inkişaf etdirilə bilər.
7NEWS.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.
O qeyd edib ki, bu və digər məsələləri müzakirə etmək üçün Türkiyə, Rusiya və Suriya müdafiə nazirlərinin növbəti görüşü də baş tutacaq.
7NEWS.Az








