RU
Aleksey Overçuk Nikol Paşinyanla nəqliyyat kommunikasiyalarının bərpasını müzakirə edib
20:00
121

Aleksey Overçuk Nikol Paşinyanla nəqliyyat kommunikasiyalarının bərpasını müzakirə edib

İrəvanda Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

7NEWS.Az "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, tərəflər ikitərəfli əməkdaşlığın gündəliyini, həmçinin Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli komissiyanın fəaliyyəti ilə bağlı məsələləri müzakirə ediblər.

Görüşdə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərinə də toxunulub.

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ