Bu barədə Almaniyanın "Die Welt" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, hökuməti mitinq keçirməyi qadağan etsə də, hakimiyyətin qərarı şəhərin müxtəlif yerlərində bir araya gələn nümayişçiləri dayandıra bilməyib.
Belə ki, Şarlottenburq bölgəsində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmaların qeydə alındığı etiraz aksiyalarına ümumilikdə 2 minə yaxın insanın iştirak etdiyi qeyd olunur. Etirazçılar Berlinin müxtəlif bölgələrinə yayılıb və bu səbəbdən şəhərin ətrafında bir neçə helikopter havaya qaldırılıb. Bundan əlavə, aksiya çoxsaylı qəzalara səbəb olub. Aksiyalar zamanı polis vətəndaşlara fiziki zor tətbiq edib və onlara qarşı çox sərt davranıb.
Alman polisinin məlumatına görə isə, nümayişçilərlə toqquşmalarda bir neçə zabit yaralanıb.








