RU
Almaniya polisi “Şimal axını”ndakı qəzaların istintaqını yekunlaşdırıb
21:10
239

Almaniya polisi “Şimal axını”ndakı qəzaların istintaqını yekunlaşdırıb

Almaniya polisi "Şimal axını-1” və "Şimal axını-2” qaz kəmərlərindəki qəzanın istintaqını yekunlaşdırıb.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bunu Almaniyanın DİN rəhbəri Sonya Kok brifinq zamanı deyib.
O əlavə edib ki, nəticələr Almaniya-Danimarka-İsveç birgə istintaq qrupuna təqdim olunacaq: "Polis hadisə yerinə baxış keçirib, baxış artıq yekunlaşıb”.

Öz növbəsində Almaniya müdafiə naziri Arne Kollats qeyd edib ki, hadisə yerinə iki gəmi göndərilib və onlar bu günə geri qayıdacaq.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ