Almaniyada yerləşən elektrik enerjisi təchizatçısı E.ON, Isar 2 atom elektrik stansiyasında sızma barədə Almaniya hökumətini məlumatlandırdığını açıqladı.
Almaniyanın Ətraf Mühit Nazirliyi sızmanın təhlükəsizliyə təhlükə yaratmadığını, lakin hökumətin qış ayları üçün enerji planlarını çətinləşdirə biləcəyini bildirib. Bavariya ştatının cənubunda yerləşən Isar 2 AES-in bu ilin sonuna qədər bağlanması, hökumətin atom elektrik stansiyalarını bağlamaq planının bir hissəsi kimi nəzərdə tutulmuşdu.
7NEWS.az








