RU
Amerikalı konqresmen “Pfizer” vaksini vurdurduqdan sonra koronavirusa yoluxub - FOTO
15:07
211

Amerikalı konqresmen “Pfizer” vaksini vurdurduqdan sonra koronavirusa yoluxub - FOTO

Texasdan olan amerikalı konqresmen Kevin Breydi "Pfizer/BioNTech” vaksini vurdurduqdan sonra koronavirus testinin cavabı müsbət çıxıb.

Bu barədə CNN xəbər yayıb.

Məlumata görə, peyvəndin ilk dozası dekabrın 18-də vurulub. Yanvarın birində o, testdən keçib. Cavab mənfi olsa da, bir müddət sonra o, özünü pis hiss edib.

 

Təkrar testin nəticəsi isə müsbət olub.

"Pfizer/BioNTech” preparatı hazırda Avropa İttifaqı tərəfindən COVID-19 üçün təsdiqlənmiş yeganə peyvənddir.

ABŞ-da bundan başqa "Moderna” peyvəndinin istifadəsinə də icazə verilir.

Bu peyvəndlərin hər ikisi ikikomponentlidir.

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ