Bakıda qadın azyaşlı uşağı ilə birgə özünü körpüdən atmaq istəyib.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a bildiriblər ki, aparılan danışıqlar nəticəsində qadını körpüdən endirmək mümkün olub.
İntihara cəhdin səbəbləri araşdırılır.
15:48
Bakıda qadın uşağı ilə intihara cəhd edir.
Oxu.Az-ın məlumatına görə, qadın uşağı ilə birlikdə metronun "Koroğlu” stansiyası yaxınlığındakı körpüyə çıxıb.
Onun hansı səbəbdən belə bir addım atdığı bilinmir.
Hazırda əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onu fikrindən daşındırmağa çalışırlar.
7News.Az








