Türkiyədə işdən çıxarılanların son sayı

Türkiyədə işdən çıxarılanların son sayı

Türkiyədə çevriliş təşəbbüsündən sonra aparılan əməliyyat çərçivəsində müxtəlif qurum və təşkilatlarda kütləvi şəkildə vəzifədən kənarlaşdırmalar başlanıb.

7News.Az xəbər verir ki, işdən azad edilən şəxslərin sayı açıqlanıb. Məlumata görə, bir çox dövlət müəssisəsi və təşkilatdan bu günə qədər 45 min 484 dövlət işçisi vəzifədən uzaqlaşdırılıb.

Bildirilir ki, sözügedən qurumlar sırasına Baş Nazirlik, Ailə və Sosial Siyasətlər Nazirliyi, Elm, Sənaye və Texnologiya Nazirliyi, İqtisadiyyat Nazirliyi, Türkiyə Statistika Qurumu (TÜİK), Dövlət Hava Meydanları İşlətməsi (DHMİ) Baş İdarəsi, Tütün və Alkoqol Bazarı Tənzimləmə Qurumu daxildir.

Xəbər lenti