RU
TDT-yə üzv ölkələrin QHT-lərinin Platformasının Katibliyi türkman vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşüb
11:18
55

TDT-yə üzv ölkələrin QHT-lərinin Platformasının Katibliyi türkman vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşüb


2026-cı il iyunun 24-də Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının Katibliyi II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumunun iştirakçıları ilə görüşüb. Platformanın Baş katibi, Azərbaycanın Milli Məclisinin üzvü Azər Allahverənov təsisatın yaranma tarixi barədə məlumat verib. Qeyd olunub ki, 2025-ci il noyabrın 25-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu çərçivəsində Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının təsis konfransı keçirilib. 
2026-cı il mayın 16-da isə Bakıda Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu baş tutub. Forumda 8 ölkədən - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti, Macarıstandan vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edib. 
Baş katib onu da vurğulayıb ki, ortaq kimlik, mədəniyyət, dəyərlər türk icmalarını bir ailə kimi birləşdirir, bu ailədə hamı özünü rahat, təhlükəsiz və güclü hiss edir. Bu xüsusda A.Allahverənov İraq, Suriya, Livan, Türkiyədə fəaliyyət göstərən türkman vətəndaş cəmiyyəti təsisatları ilə də əməkdaşlıq üçün böyük imkanlar olduğunu bildirib.
Görüşdə qarşılıqlı müzakirələr, fikir mübadiləsi aparılıb.
 
 



 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ