RU
lombard
Analığı və atası tərəfindən işgəncəyə məruz qalan azyaşlılarla bağlı məsələ... - Komitə sədri
18:00
269

Analığı və atası tərəfindən işgəncəyə məruz qalan azyaşlılarla bağlı məsələ... - Komitə sədri

"Bakının Sabunçu rayonunda analığı və atası tərəfindəm işgəncəyə məruz qalan azyaşlılarla bağlı məsələ hərtərəfli araşdırılır".

7News.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın təşkilinə dair üçtərəfli anlaşma memorandumun imzalanması mərasimində deyib.

Onun sözlərinə görə, araşdırma Komitə, Baş Prokurorluq və İcra hakimiyyəti tərəfindən aparılır:

"Bununla bağlı çox ciddi iş gedir. Bu hərəkətə yol verən şəxslər təbii ki, cəzalandırılacaqlar".

 

Qeyd edək ki, paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları məsələsinin istintaq yolu ilə araşdırılması məqsədi ilə Cinayət Məcəlləsinin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.3 (əzab vermə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) və 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ