"Ağdam şəhərində 780 ha ərazi təmizlənib və nəticədə 1 850 mina və partlamamış aşkar eidlib".
Bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov işğaldan azad edilən ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, Bərdə-Ağdan elektrik xətti, Ağdam şəhərinə gedən yol təmizlənib: "Həmçinin yolun ətrafı da təmizlənib. Bizdə olan məlumata görə, 1991-ci ildən bu yana Ağdmın 51 məntəqəsində mina partlaması hadisəsi baş verib və nəticədə 24 nəfər həlak olub".
"Vətndaşlardan xahiş edirik ki, səfərlər zamanı bütün təhülkəsizlik tələblərinə əməl etsinlər", - o vurğulayıb.
7News.Az