Ancelina Colinin qızı Şaylo adını dəyişir.
7News.Az xəbər verir ki, bundan sonra Şaylo aktrisanın qızı deyil, oğlu olaraq tanınacaq.
Colinin keçmiş həyat yoldaşı Bred Pit açıqlamasında xəbəri təsdiqləyib. O, Ancelinanın Şaylonun adını dəyişdirməsi üçün rəsmi müraciət etdiyini də bildirib.
Şaylo 4 yaşından öz adını sevmədiyini bildirib. O, ailəsinə ona "Con” deyə müraciət etsinlər deyə təkid edib. Şayla böyüməyə başlayanda isə Ancelina ona oğlan paltar geyinməyə və saçlarını qısa kəsdirməyə icazə verib. Bundan əlavə, Coli, bu il 13 yaşını qeyd edən qızına hormon terapiyasına başlamasına da icazə verib. Çox güman ki, bir müddətdən sonra aktrisa qızına, cinsini dəyişməyə də imkan yaradacaq.

7News.Az








