RU
Apreldə qar gözənilməzdir? - RƏSMİ CAVAB
15:30
679

Apreldə qar gözənilməzdir? - RƏSMİ CAVAB

Ötən illərlə müqayisədə aprel ayı daha sərt və dəyişkən keçir.

Proqnozlar və müşahidələr bunu deməyə əsas verir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Cebhe.info-ya açıqlamasında son illərdə aprel ayı üçün xarakterik olan hava şəraiti haqda məlumat verib:

"Son 5-10 ildə şimal-qərb küləyinin daha da gücləndiyi müşahidə edilir. Hazırki hava şəraiti aprel ayı üçün xarakterikdir. Müxtəlif illərdə bu ayda həm yüksək, həm də aşağı temperatur müşahidə edilib. Rayonlarda qarlı hava şəraitinin müşahidə edilməsi də normaldır. Bu ayda yağıntılar qeyri-bərabər şəkildə paylanır”. 

G.Məmmədovanın sözlərinə görə öncəki ilin aprelində də şimal-qərb küləyi hakim olub: "Ötən il də soyuq hava şəraiti bu ayda hakim olub”. //cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ