RU
7,5 bal gücündə zələzlə oldu - Sunami xəbərdarlığı edildi
19:08
88

7,5 bal gücündə zələzlə oldu - Sunami xəbərdarlığı edildi

Yaponiyanın şərq sahillərində güclü zəlzələ qeydə alınıb.

Məlumatlara görə, yeraltı təkanların gücü 7,5 bal səviyyəsində qiymətləndirilib və bundan sonra sunami ilə bağlı xəbərdarlıq elan olunub.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin yerli vaxtla günorta saatlarında baş verdiyini açıqlayıb. Yaponiya Meteorologiya Agentliyi isə təkanların gücünü daha yüksək - 7,5 bal olaraq qeydə alıb.

Zəlzələnin episentri Honşu adasının şərq sahillərinə yaxın ərazidə yerləşib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ