RU
Aqil Acalov :”Ulu öndər Heydər Əliyev min illərlə tarixi olan  Azərbaycan xalqına müdrik dahi idi
12:10
711

Aqil Acalov :”Ulu öndər Heydər Əliyev min illərlə tarixi olan Azərbaycan xalqına müdrik dahi idi

İnsan doğulandan etibarən seçimlər qarşısında qalır kimi bu seçimdən yaxşı çıxır, kimisi isə bu sınaqdan nəyinki,çıxmağı adını,həyat yaşayışını,şöhrətini bütün dünyaya bariz və aşkar şəkildə nümayiş edir. Vətən sevgisini neçə insanlara, neçə ölkələrə aşılayacağını düşünür gecə-gündüz çalışır əzmlə,qürurla hər yerdə mən Azərbaycanlıyam kəlməsinin mahiyyətini başqa dildən,başqa irqdən insanlarada çatdırır. Bəlkədə dahilər hər zaman seçimlərin ən böyüyünü və ən mötəbərini seçərək həyatlarını bir yola adayır oda torpağı,xalqı olur. Azərbaycansa bu baxımdan həm şanslıdır,həmdə bütün dünyaya nümunədir dövlətçilik,siyasətini və bununla paralel xalqı ucada tutmağı biləndir.Çox görkəmli şəxsiyyətlər gəlib keçib bizim torpaqdan adını şanıyla duyuran bu hər əsr belə davam edib.Azərbaycanın taleyi keçmişi və gələcəyi üçün  20-ci əsrin qazandırdığı ən böyük unudlumaz dahisi isə Heydər Əlirza oğlu Əliyevdir. Heydər Əliyev demək kifayətdir ki, artıq digər ölkə xalqlarının  Azərbaycan üçün necə fikir formalaşmasına şahid olaq. Bəli bu ad əbədi və əzəli olaraq bu torpaqların üzərində anılacaq böyük əsrlər keçsə belə insanlar məs bu addan nümunə götürərək yoluna davam edəcək.

 
Heydər Əlirza oğlu Əliyev 1923-cü ildə Naxçıvanda dəmiryolçu  ailəsində doğulub hətda haşiyədən kənara keçib vurğulamaq istərdim ki, ulu öndərə adını anası İzzət xanım  verib. 1895-ci ildə represiya yaşayan və Qərbi Azərbaycandan didərgin düşərkən 23 yaşlı qardaşı Heydərin vəfatı İzzət xanımı dərindən sarsıdır o,beləliklə ulu öndərə qardaşı Heydərin adını verir.Çox uşaqlı ailənin oğlu olan Heydər Əliyev daha kiçik yaşlarından hamıdan seçilən zehinlə öndə idi o,məktəbi əla qiymətlərlə başa vuraraq 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib. Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. 1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib.1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ