Ukrayna Silahlı Qüvvələrinin mövqelərindən Rusiyanın işğalı altında olan Xerson şəhərinə 30 kilometr qalıb.
7News.Az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç danışıb.
Onun sözlərinə görə, Ukrayna Ordusunun Posad-Pokrovske kəndindəki mövqelərindən Xerson şəhərinə 30 km məsafə olsa da, Ukrayna hərbçiləri artıq həmin yaşayış məntəqəsindən də irəlidədirlər:
"Bu mövqedən Xersondakı evlər artıq görünür. Bu, çox yaxşıdır, çünki artilleriyanın bütün növləri işə başlayacaq”, - Prezident Ofisinin rəsmisi vurğulayıb.
Xatırladaq ki, daha öncə Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Ordusunun oktyabrın 1-dən Xerson vilayətində 500 kvadrat km-dən çox ərazini və onlarla yaşayış məntəqəsini işğaldan azad etdiyini açıqlayıb. Ukrayna Silahlı Qüvvələrinin bu istiqamətdəki uğurlarını ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu da vurğulayıb.








