7News.az xəbər verir ki, Argentinada güclü yağışların səbəb olduğu şiddətli daşqınlar vəhşi təbiətə də təsir göstərib. Çayların məcrasından çıxaraq heyvanların təbii yaşayış mühitini su altında qoyması nəticəsində timsahlar, zəhərli ilanlar və digər vəhşi heyvanlar yaşayış məntəqələrinə doğru irəliləyiblər. Daşqınlar nəticəsində iki nəfər həyatını itirib, 2000-dən çox insan isə evlərini tərk etmək məcburiyyətində qalıb. Rəsmilər vətəndaşlara bu təhlükəli heyvanlardan uzaq durmaları barədə xəbərdarlıq ediblər.








