RU
Argentinada neft emalı zavodunda partlayış olub, ölənlər var
23:40
638

Argentinada neft emalı zavodunda partlayış olub, ölənlər var

Argentinanın Neuken əyalətində neft emalı zavodunda baş verən partlayışda 3 nəfər həlak olub.

Bu barədə Plaza Uinkul şəhərinin meri Qustavo Suares bildirib.

Merin sözlərinə görə, hazırda yanğınsöndürənlər hadisə yerində işləyir, yanğın hələ ki, nəzarətə götürülməyib. İndi onlar yanğının daha geniş əraziyə keçməsinin qarşısını almağa çalışırlar.

Neft emalı zavodu "New American Oil" şirkətinə məxsusdur./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ