RU
Arvad ərinə transseksual dedi, kişi görün nə etdi
20:50
102

Arvad ərinə transseksual dedi, kişi görün nə etdi

Sinqapurdan olan 34 yaşlı Filipp Onq Quo Şonq yatmış arvadını ona transseksual dediyi üçün qaynar su töküb və həbs cəzasına məhkum edilib.
Bu barədə "Asia One" xəbər verir.

Prokurorluğun məlumatına görə, may ayında Ong yuxudan gec duran arvadının gözünə yumruq vurub. Qadın o zaman müəyyən dərmanlar qəbul edib, ona görə də çox yatıb. Sonra kişi yatan arvadının üzərinə qaynar su töküb. Filipp öz hərəkətini arvadının guya onu transseksual deməsi ilə izah edib. Bir neçə gün sonra, iyunun 2-də dövlətdən aldığı müavinətin necə xərclənməsi ilə bağlı razılığa gələ bilməyən kişi arvadını yenidən vurub.

Şonq həbs edilib. Çərşənbə axşamı, sentyabrın 27-də o, məhkəmə iclasında iştirak edərək həyat yoldaşından üzr istəyib. O, davranışını cilovlamağa çalışacağını və əvvəlki müalicəsini Psixi Sağlamlıq İnstitutunda davam etdirəcəyini bildirib. Həmin şəxsə 11 ay 2 həftə həbs cəzası verilib. Həyat yoldaşının onu bağışlamasına baxmayaraq, ittiham tərəfi onun cəzalandırılmasında israr edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ