RU
“Arvadıma təcavüz etdiyi üçün öldürdüm, peşmanam...”
22:20
669

“Arvadıma təcavüz etdiyi üçün öldürdüm, peşmanam...”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadı ilə intim əlaqədə olan ev sahibini öldürməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü İlkin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Azad Məcidovun icraatında olan prosesdə İ.Əhmədov ifadə verərək hadisənin necə baş verdiyini danışıb.

O deyib ki, həmin gecə pivə alıb evə gətirib və Fialla birgə içiblər: "Biz bir-birimizə qardaş deyirdik. Pivəni içəndən sonra hardasa saat 4 olardı, Fial dedi qazın balansı bitib, gedək mağazada pul yükləyək. Birgə gedirdik, yolda Fial dedi ki, işim var, geri qayıtdı. Mən qaza pul yükləyib evə qayıdanda gördüm ki, Fial arvadıma təcavüz edir. Onunla dava etdim, sonra bıçaq əlimə keçdi, vurdum. Peşmanam”.

Qeyd edək ki, Binə qəsəbəsi, Südçülük sovxozunda kirayə evdə yaşayan İ.Əhmədov ev sahibi 1991-ci il təvəllüdlü Fial İsmayılovla arvadı ilə F.İsmayılovu bir yerdə görüb. İ.Əhmədov ev sahibi F.İsmayılovu başını kəsərək 4 bıçaq zərbəsi ilə qətlə yetirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ