RU
Ağstafa İcra Hakimiyyətindən CAVAB:
12:41
277

Ağstafa İcra Hakimiyyətindən CAVAB: "Yalan məlumatdır, çünki..."

Xəbər verdiyimiz kimi Ağstafa İcra Hakimiyyətinin girişində rayonun adı "Ağtafa" kimi yazılıb. Qeyd edək ki, bu barədə xəbəri unikal.org saytı yazıb. Bildirilib ki, Həmin şəkildə isə rayonunun adında "s” hərfinin yazılmadığı, rayonun adının "Ağtafa” yazıldığı öz əksini tapıb.

7News.Az bununla bağlı Ağstafa İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. 

Ağstafa İcra Hakimiyyəti başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova bildirib ki, hazırda orada təmir işləri aparılır: "Yayılan informasiyalar yalnışdır. Təmir işləri yekunlaşmamış məlumat verirlər ki, rayonun adı yalnış yazılıb. Təmir işləri yekunlaşdıqdan sonra məlumat versinlər. İnanmayan öz nümayəndəsini göndərib baxa bilər". 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ