AĞSTAFA REGİONAL MƏDƏNİYYƏT İDARƏSİ “BEYNƏLXALQ KÖNÜLLÜLƏR GÜNÜ” MÜNASİBƏTİLƏ AĞSTAFA VƏ TOVUZ RAYONLARINDA SİLSİLƏ TƏDBİRLƏR KEÇİRDİ

AĞSTAFA REGİONAL MƏDƏNİYYƏT İDARƏSİ “BEYNƏLXALQ KÖNÜLLÜLƏR GÜNÜ” MÜNASİBƏTİLƏ AĞSTAFA VƏ TOVUZ RAYONLARINDA SİLSİLƏ TƏDBİRLƏR KEÇİRDİ
Ağstafa Regional Mədəniyyət İdarəsi  "Beynəlxalq Könüllülər günü” münasibətilə 1-9 dekabr tarixlərində  silsilə tədbirləri davam etdirir. Növbəti tədbirlər Ağstafa və Tovuz rayonlarında keçirildi.

Ağstafa rayon İcra Hakimiyyəti ilə birlikdə Ağstafa rayon Mədəniyyət Mərkəzində  baş tutan "Ağstafada Könüllülük Həftəsi” başlıqlı tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Eyyubova, YAP Ağstafa rayon təşkilatının məsləhətçisi Aytən Məmmədli, Ağstafa rayon İcra Hakimiyyətində könüllü Elgün İsmayılov çıxış etdilər.  Onlar çıxışlarında qeyd etdilər ki, müasir müstəqil Azərbaycanda könüllülük sahəsində əsl inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz Ümummilli Liderimizin adı ilə bağlıdır. Belə ki, dahi öndərin ölkəmizə rəhbərliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verilib.

Tədbir Ağstafa rayon Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivinin hazırladığı konsert proqramı ilə davam edib.

Həmçinin, Ağstafa rayon və Tovuz rayon Heydər Əliyev Mərkəzlərində mədəniyyət müəssislərinin gənc mədəniyyət işçilərinin iştirakı ilə tədbirlər keçirildi.  Ağstafa regional Mədəniyyət idarəsinin rəisi Vüqar Qədirov çıxışında qeyd etdi ki, gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi bilikləri artırmaq, onların yaradıcı potensialının üzə çıxarılmasını dəstəkləmək baxımından könüllülük fəaliyyətinin əhəmiyyəti olduqca böyükdür. İdarə rəisi qeyd etdi ki, könüllülük şəxsin iradəsi və sərbəst seçiminə əsaslanan, əvəzi ödənilməyən fəaliyyət növüdür. Könüllü fəaliyyətin cəmiyyətdə sosial, mədəni, iqtisadi, ekoloji problemlərin həllinə yönəlmiş ictimai faydalı fəaliyyət, eləcə də sosiallaşmaya təkan verən bir proses olduğunu vurğuladı.

Tədbirdə eyni zamanda idarənin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov, mətbuat katibi Xəyal Nağıyev,  Mərkəzin direktoru Humay Aslanova və başqaları çıxış etdilər.

Sonda xatirə şəkilləri çəkdirildi.
 undefined

 undefined
 
7News.Az

Xəbər lenti