Ağstafa Regional Mədəniyyət İdarəsi Şövkət Ələkbərovanın 97-ci ildönümü münasibətilə ”Ürəklərdə Kaman” adlı ədəbi -bədii tədbir keçirdi

Ağstafa Regional Mədəniyyət İdarəsi Şövkət Ələkbərovanın 97-ci ildönümü münasibətilə ”Ürəklərdə Kaman” adlı ədəbi -bədii tədbir keçirdi
Ağstafa Regional Mədəniyyət İdarəsinin Aşıq Ə. Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzi Azərbaycanın Xalq artisti, görkəmli sənətkar Şövkət Ələkbərovanın 97-ci ildönümü münasibətilə "Ürəklərdə Kaman" adlı ədəbi-bədii tədbir keçirdi. Auditoriya tərəfindən geniş maraqla və sürəkli alqışlarla qarşılanan tədbirdə mərkəzin özfəaliyyət dərnəyinin solistləri sənətkarın ifasında məşhurlaşan mahnıları ifa etdilər.
Tədbirdə çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov mərhum sənətkarın şərəfli ömür yolundan və yaradıcılıq fəaliyyəti haqqında geniş danışaraq onun Azərbaycan mədəniyyətinin inkişafında xüsusi rolunu qeyd etdi.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.



Xəbər lenti