Moskvada ata körpəsini müayinə etməyə gələn təcili yrdım həkimini vəhşicəsinə döyüb. 7News.Az-ın ridus.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Mash" "Telegram" kanalı yazır. Belə ki, üç gün qızdırması düşməyən körpəni müayinəyə gələn həkimin qoruyucu kostüm və maskada olması ailə başçısını qorxudub. Qəzəblənən ata həkimi vəhşicəsinə döyüb. Həkim kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti ağırdır. 7News.Az