RU
Rusiya Odessada hərbi obyektlərə zərbə endirdiyini açıqladı
12:40
248

Rusiya Odessada hərbi obyektlərə zərbə endirdiyini açıqladı

Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi məqsədlər üçün istifadə olunan Odessa limanına hücum etdiklərini açıqlayıb.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, nazirliyin məlumatına görə, Rusiya Silahlı Qüvvələri gecə saatlarında Odessa limanına zərbələr endirib.

Bildirilib ki, hücum zamanı hərbi yüklərin daşınması və saxlanılması üçün istifadə olunan liman infrastrukturu hədəfə alınıb.

Həmçinin Odessada pilotsuz uçuş aparatları (PUA) üçün ehtiyat hissələrinin istehsal edildiyi emalatxana və PUA anbarının vurulduğu qeyd olunub.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, hücum yüksək dəqiqlikli silahlar və PUA-larla həyata keçirilib.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ